Türkiyənin xarici işlər naziri Hakan Fidan və yunan həmkarı Yorqos Yerapetritis rasında Nyu-Yorkda görüş olub. 

İqtisadiyyat.az xəbər verir ki, görüş BMT Baş Assambleyası çərçivəsində baş tutub. 

Tərəflər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstan baş naziri Kiriakos Mitsotakis arasında baş tutacaq görüşə hazırlıq məsələlərini müzakirə ediblər. 

Ərdoğan və Mitsitakis arasında görüşün sabah keçirilməsi planlaşdırılır.