Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Hakan Fidan Azərbaycanın millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı Azərbaycan xalqına və bütün türk dünyasına başsağlığı verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə H.Fidan "X"də paylaşım edib.

“TİKA sədri olduğum müddətdən bəri yaxından tanıdığım, fəaliyyəti ilə Azərbaycanın və bütün türk dünyasının hüquqlarını hər platformada uğurla müdafiə edən azərbaycanlı millət vəkili Qənirə Paşayevanın vəfatı məni dərindən kədərləndirdi. Allah rəhmət eləsin!” - paylaşımda qeyd edilib.