Türkiyə Xarici İşlər naziri Hakan Fidan yanvarın 23-də BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Ankaradan Nyu-Yorka yola düşüb.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun yanvarın 23-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı keçiriləcək iclasına qatılacağı bildirilib.

Hakan Fidanın Nyu-Yorka səfəri çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.