Ötən il Gürcüstan 1623 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.

İllik müqayisədə qonşu ölkənin tədarük etdiyi elektrik enerjisinin həcmində 7,5% artım qeydə alınıb.

Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 68%-i Azərbaycan, 32%-i isə Rusiyanın payına düşüb.

2019-cu ildə Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi isə 243,4 milyon kilovatt/saat təşkil edib ki, bu da illik müqayisədə 58,7% azdır. İxracın böyük hissəsi 46% olmaqla Türkiyəyə yönəldilib.