Gürcüstanın keçmiş dövlət naziri və Səhiyyə Nazirliyinin keçmiş rəhbəri Avtandil Corbenadze 72 yaşında vəfat edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiyanın oğlu Georgi Qamsaxurdiya məlumat verib. 

"Mənim ən böyük və ən yaxın dostum, dostlarımın atası, yaxşılığın, insanlığın və hər şeyin müsbət təcəssümü olan Avto Corbenadze vəfat etdi, qüsursuz peşəkar, vətənpərvər və başdan ayağa gürcü idi", Qamsaxurdiya "Facebook"da yazıb.

Corbenadze 31 oktyabr 1951-ci ildə Qərbi Gürcüstanın Lançxuti şəhərində anadan olub. 1974-cü ildə Tbilisi Dövlət Tibb İnstitutunu bitirib. 1993-cü ildə Gürcüstanın səhiyyə naziri təyin edilib. 2001-ci ilə qədər bu vəzifədə çalışıb.

2001-ci ildə Corbenadze dövlət naziri vəzifəsini tutub və 2003-cü ilə qədər orada çalışıb.