Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 277, 593 mln. kubmetr həcmində təbii qaz idxal edib.

İqtisadiyyat.Az xəbər verir ki, Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi təbii qazın ümumi dəyəri 47,303 min ABŞ dollarına bərabər olub.

İllik müqayisədə Gürcüstanın Azərbaycandan tədarük etdiyi təbii qazın həcmi 16, 893 mln. kubmetr və ya 6,4 % artıb.

Hesabat ayında qonşu ölkə Azərbaycandan ümumi dəyəri 1,647 mln. ABŞ dolları olan 2 517 ton neft və neft məhsulları tədarük edib. 2019-cu ilin yanvar ayında Azərbaycandan Gürcüstana bu növ məhsul ixrac olunmayıb.