Ötən ay Gürcüstan Azərbaycandan 77,455 mln kilovatt/saat elektrik enerjisi idxal edib.

Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan tədarük etdiyi elektik enerjisinin həcmi 99,366 mln. kilovatt/saat və ya 2,28 dəfə azalıb.

Yanvar ayında Gürcüstan ən çox elektrik enerjisini 136,806 mln. kilovatt/saat olmaqla Rusiyadan alıb. Bu həcmdə ötən ilin eyni dövrü ilə müqayisədə 28 dəfə artım qeydə alınıb.

Hesabat dövründə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 214,260 mln. kilovatt/saata bərabər olub ki, bu da ötən ilin anoloji göstəricisindən 32,6 mln. kilovatt/saat çoxdur.