Asiyanın 7 ölkəsində günəş enerjisindən elektrik enerjisi istehsalı ilə ilin ilk yarısında 34 milyard dollarlıq yanacaq xərclərinin qarşısı alınıb.

İqtisadiyyat.az xəbər verir ki, Londonda yerləşən Ember, Enerji və Təmiz Hava Araşdırma Mərkəzi (CREA), Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Vyetnam üçün Enerji İqtisadiyyatı və Maliyyə Analizi İnstitutu tərəfindən “Asiyanın günəşli hissəsi” adlı hesabat hazırlanıb.

Günəş enerjisinin Asiyada sürətlə böyümə potensialına malik olduğuna diqqət çəkən hesabatda xüsusi milli siyasətlər, enerjinin saxlanmasına sərmayələr, şəbəkə çevikliyi, iqtisadi və texnoloji əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.

Son 12 ildə dünya miqyasında günəş enerjisinin artımını təhlil edən hesabatda günəş enerjisi gücünə malik ilk 10 iqtisadiyyatdan beşinin Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və Vyetnam olduğu qeyd edilib.

Məhəbbət Məmmədov