"İranın Şimali Gilan əyalətinin Astara bölgəsində yağan leysan yağışları güclü daşqınlara səbəb olub, körpülərə və infrastruktura ziyan vurub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, Astarada Əhməd körpüsü və Astara rayonunun Lavandevil ərazisindəki Şaible körpüsü güclü yağışlar nəticəsində ciddi zədələnib. 

Leysan yağışlarından sonra baş verən daşqınlar yerli əhalinin müxtəlif xəsarətlər almasına səbəb olub.