Göygöl rayonunda yanğın olub.

FHN-dən İqtisadiyyat.az-a verilən xəbərə görə, Göygöl rayonunun Balçılı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.