Göygöl şəhərində dəm qazından zəhərlənən iki qadın dünyasını dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, şəhərdəki mənzillərin birində 1967-ci il təvəllüdlü Məmmədova Aygün və onun anası, 1934-cü il təvəllüdlü Məmmədova Minayə ölmüş vəziyyətdə aşkarlanıb.

Onların dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Report//