Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 606,579 milyon manat təşkil edib.

İqtisadiyyat.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 % çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21,5 % artaraq 909,151 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 18,5 % artaraq 2 milyard 549,144 milyon manat, aksizlər üzrə daxilolmalar 42,7 % artaraq 121,83 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 24,2 % azalaraq 26,455 milyon manat olub.