31 may tarixində geomaqnit sahəsinin fəallığı qısamüddətli G1 səviyyəsinə yüksəlib. Hal-hazırda Kp indeksi 2-yə bərabərdir və kosmik hava sakitdir.

Şamaxı Astrofizika Rəsədxanasından İqtisadiyyat.az-a verilən xəbərə görə, Günəş küləyinin 1 iyunda baş vermiş TKA təsiri ilə sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsi – 1 iyunda baş vermiş TKA təsiri ilə 4 iyunda G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.