Bir neçə gün əvvəl Füzuli rayonunun Zobcuq 1 qəsəbəsində həyətyanı torpaq sahələrinin suvarılmasında yaranan problemlə bağlı xəbər vermişdik. İqtisadiyyat.az saytına şikayət ərizəsi yollayan rayon sakinləri quraqlıq səbəbilə əkin sahələrinin, meyvə bağlarının qurumaq üzrə olduğunu bildirmişdi.

Məsələ ilə bağlı Füzuli rayon Zobcuq 1 qəsəbəsinin Mənzil İstismar Sahəsinə müraciətimizdən sonra problem aradan qaldırıldı və sakinlərin su ilə təminatı bərpa edildi.

Qeyd edək ki, Füzuli rayon Zobcuq 1 qəsəbəsinin Mənzil İstismar Sahəsinin sahə nəzarətçisi  Nağıyev Süleyman suyun verilişinin dayandırılmasını magistral su xəttində yaranan qəza ilə əlaqələndirmişdi. Bundan sonra həyətyani torpaq sahələrinə suyun verilişi mərhələli şəkildə yenidən davam etdiriləcək.