Fransa polisi ötən il 36 mindən çox narkotik daşıyıcısını saxlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Cerald Darmanin məlumat yayıb.

"Biz narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə aparırıq. Ötən il isə mütləq rekorda nail olduq - 36,4 mindən çox narkotik kuryeri saxlanılaraq məsuliyyətə cəlb edilib", - deyə nazir bildirib.

 

Əli Ağayev