Fransada koronavirusun Omikron ştamının yeni variantı - Eris (EG.5.1) sürətlə yayılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

Qeyd olunub ki, yoluxma halına daha çox kurort zonalarında rast gəlinir. Məlumatda 15-74 yaşlı insanlar arasında yoluxma hallarının ötən həftəyə nisbətən 25 faiz artdığı bildirilib. Həmçinin 74 yaşdan yuxarı insanlarda 34 faiz, 2 yaşdan aşağı körpələrdə isə 56 faiz artım olduğu vurğulanıb.

Alimlər yeni variantın ictimai riskinin o qədər də çox olmadığını düşünürlər. Buna baxmayaraq, Erisin qlobal miqyasda yayıla bilməsi və yoluxma hallarının artması istisna edilmir.