Sumqayıtda sevdiyi xanımın başqası ilə nişanlandığından xəbər tutan şəxs intihara cəhd edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Ə.A. sirkə turşusu içərək intihara cəhd edib.

O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.