Kürdəmir rayonunda qeydə alınmış 5,2 maqnitudalı zəlzələ nəticəsində hələlik hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Bu barədə İqtisadiyyat.az-a nazirlikdən bildirilib.

“Zəlzələ nəticəsində hazırkı vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - qurum diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün saat 20:38-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Zəlzələ Kürdəmir stansiyandan 14 km cənubda qeydə alınıb.