Ermənistanın Gorus şəhərində rusiyayönlü bloger və "Sputnik Ermənistan"ın köşə yazarı saxta məlumatların dövriyyəsi ittihamı ilə həbs edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

"Sentyabrın 6-da və 7-də Sünik rayonunda Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti tərəfindən Cinayət Məcəlləsinin 335-ci maddəsinin 2-ci hissəsi (qanunsuz dövriyyə) ilə başlanmış cinayət işi çərçivəsində Mika Badalyan və Aşot Gevorkyan da daxil olmaqla, 7 nəfər məsuliyyətə cəlb edilib. Onlar terror hadisələrinin baş verəcəyi barədə yalan məlumatlar paylaşıblar. İstintaq qrupu yaradılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ermənistan İstintaq Komitəsi əlavə açıqlama verəcək", - o qeyd edib.  

Əlavə edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələyə münasibət bildirib. O, bunun bir neçə gün sonraya planlanan Ermənistan-Rusiya media forumuna qarşı qarşı təxribat olduğunu deyib.