"2024-cü ildə Ermənistan Müdafiə Nazirliyinin xərclərini ödəmək üçün 1,4 milyard ABŞ dolları ayrılacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan Nazirlər Kabinetinin iclasında ölkənin dövlət büdcəsi layihəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, bu məbləğ 2023-cü ilin göstəricisindən 7,3% çox olacaq.

 

Gözəl Həşimova