"Təhlükəsizlik baxımından gələn il həm Ermənistan, həm də Qarabağdakı "hökumət" üçün çoxlu təhdidlər ehtiva edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan dilə gətirib. Onun sözlərinə görə, qarşıdan gələn çoxsaylı seçkilər ermənilər üçün təhlükəli dönəmi yaxınlaşdırır:

“Gələn il son dərəcə çətin və təhlükəli dövrdür. Geosiyasi proseslərdən xəbərdar olan hər kəs bunu anlayır. Məsələ burasındadır ki, gələn il həm ABŞ-də, həm də Rusiya və Avropada seçki ilidir. Söhbət ümumavropa seçkilərindən gedir. Bu, Ermənistan və Qarabağdakı "dövlət"in təhlükəsizliyi üçün əlavə təhdidlər yaradır. Çünki böyük dövlətlərin diqqəti digər proseslərə yönələcək”, - Mamicanyan ölkə mediasına açıqlamasında bildirib.

 

 

Fraksiya rəhbəri vurğulayıb ki, bütün bunların fonunda hakim qüvvənin və hökumət başçısının hərəkətləri vəziyyəti daha da gərginləşdirir: 

“Paşinyanın hərəkətləri və bəyanatları ölkə üçün Türkiyə-Azərbaycan lobbiçiliyindən qat-qat təhlükəlidir. Biz Azərbaycan tərəfinin tezislərinə cavab verə bilirik. Bu mümkündür. Amma Paşinyan və komandasının axmaqlığına qarşı mübarizə aparmaq çox çətindir. Məhz hakim komandanın ucbatından çox çətin vəziyyətə düşmüşük”.