"Hörmətli İlon Mask, sizi gələn il dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-də görməkdən çox məmnun olacağıq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından SpaceX və Tesla şirkətlərinin icraçı direktoru İlon Maskın gələn il Türkiyədə keçiriləcək TEKNOFEST-ə qatılmaq barədə qərarına münasibət bildirərkən qeyd edib:

"İnanıram ki, qazan-qazan yanaşması ilə əməkdaşlıq edərək bir çox sahələrdə ölkəmizə və bəşəriyyətə böyük töhfələr verəcəyik.

Tezliklə yenidən görüşmək ümidi ilə..." - Ərdoğan əlavə edib.