Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ərdoğan G-20 sammiti çərçivəsində mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, ermənilərin Qarabağda atdığı addımlar qəbuledilməzdir.

“Şarl Mişellə görüşümüzdə onun da bu məsələyə mənfi yanaşdığını gördüm. Sabahkı danışığım zamanı Paşinyana xəbərdarlıq edəcəm. Belə seçkinin qəbul edilə bilinməyəcəyini deyəcəm. Dost Qərb ölkələri bu seçkiləri qəbul etmir”, - Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də   telefon danışığı olub.