Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 Liderlər Zirvəsi çərçivəsində Hindistanın paytaxtı Yeni Dehlidə Yaponiyanın Baş naziri Kişida Fumio ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, Yaponiyanın Baş naziri Türkiyə liderinin qaldığı otelin girişində xarici işlər naziri Hakan Fidan tərəfindən qarşılanıb.

Görüş mətbuata qapalı keçirilib.

Görüşdə Fidanla yanaşı, xəzinə və maliyyə naziri Mehmet Şimşək, MİT sədri İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin direktoru Fahrettin Altun, prezidentin məsləhətçiləri Akif Çağatay Kılıç və Zəfər Çubukçu da iştirak edib.

Təfərrüatlar barədə əlavə məlumat yoxdur.