"Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası martın 31-nə təyin edilmiş yerli seçkilərdə qalib gəlməyə hazırlaşır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ankarada prezident Rəcəb Tayyib Ərdoğan 50-yə yaxın şəhərin bələdiyyə sədrliyinə namizədlərin təqdimat mərasimində bildirib. 

Ərdoğan 1994-cü ildə böyük şəhər mer seçkilərində qazandığı qələbəni xatırladıb: "30 il əvvəl İstanbulda başladığımız xalqımıza xidmət yolunu davam etdirəcəyik". 

"Məqsədimiz təkcə bələdiyyə seçkilərində bir daha inamlı qələbə qazanmaq deyil, həm də müxalifətə şəhərlərimizin real idarəçiliyinin nə olduğunu göstərməkdir", - Türkiyə lideri qeyd edib. Ərdoğanın sözlərinə görə, partiyası seçki strategiyasını yanvarın 30-da açıqlayacaq.

Qeyd edək ki, martın 31-də keçiriləcək seçkilərdə əsas rəqabətin İstanbul və Ankara bələdiyyə sədrləri postları uğrunda gedəcəyi gözlənilir.