2020-ci ildə ABŞ-da neft hasilatı proqnozu dəyişdirilib. Belə ki, bu il ABŞ-da neft hasilatının yanvar ayı proqnozu ilə müqayisədə gündəlik 100 min barel azalaraq 13,2 mln. barelə çatdırılacağı proqnozlaşdırılır.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiyaları Administrasiyasının (EİA) aylıq proqnozunda deyilir.

2021-ci il üçün də proqnoz azalıb və gündəlik 160 min barel azaldılaraq 13,6 mln. barelə çatdırılıb.

Hesabata əsasən, EİA gözləyir ki, 2020-ci ildə dünyada maye karbohidrogen ehtiyatlarının gündəlik artımı 200 min barel təşkil edəcək.