2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 800 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – September 2021” hesabatında bildirilir.

Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 20 min barel və ya 2,56 % çoxdur.

2022-ci ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 810 min barel olacağı gözlənilir. Bu, daha öncə avqust ayında verilən proqnozdan 20 min barel və ya 2,53 % çoxdur. Bu proqnoz isə 2021-ci ilin birinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 70 min barel və ya 9,46 % çoxdur.

2022-ci ilin ikinci rübündə isə Azərbaycanda gündəlik neft hasilatı 800 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in avqust hesabatında verilən proqnozla müqayisədə 20 min barel və ya 2,56 % çoxdur. Bu proqnoz isə 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 110 min barel və ya 15,9 % çoxdur.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 780 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə 30 min barel və ya 4 % çoxdur. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 50 min barel və ya 6,85 % çoxdur.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 810 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən avqust ayında açıqlanan proqnozla müqayisədə 30 min barel və ya 3,85 % çoxdur. Bu proqnoz isə 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 30 min barel və ya 3,85 % çoxdur.