İyulun 24-dən avqustun 20-dək dünyada 1,5 milyona yaxın insan koronavirusa yoluxub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji xülasəsində qeyd edilib

Məlumata görə, bu, əvvəlki 28 günlə müqayisədə 63% çoxdur. Hesabat dövründə koronavirus səbəbilə 2000-dən çox insan ölüb. Bu rəqəm isə əvvəlki 28 günlə müqayisədə 48% azdır.

Avqustun 30-na olan məlumata görə, dünyada 769 milyondan çox təsdiqlənmiş COVID-19 infeksiyası və 6,9 milyondan çox ölüm faktı aşkar edilib.

 

Gözəl Həşimova