Diyarbakırın Lice rayonunda futbolçuları daşıyan avtobus aşıb. Qəzada 1-i ağır olmaqla 10 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Məlumata görə, qəza günorta saatlarında Lice mahalının Güçlü məhəlləsində baş verib.

Həvəskarlar liqasında mübarizə aparan Dəclə Belediyespor komandası Lice Belediyespor matçı üçün səhər saatlarında Dəclədən yola düşüb. İçərisində 20 nəfərin olduğu avtobus sürüşkən yolda sürücünün idarəetməni itirməsi nəticəsində qəza törədib.

Qəzada 1-i ağır olmaqla 10 futbolçu yaralanıb. Xəbər üzərinə qəza yerinə sağlamlıq və xilasetmə qrupları sövq edilib.

Yaralılar şəhərdəki xəstəxanalara göndərilib.