"Dərnəgülsənayetikinti" ASC barəsində cərimə protokolu tərtib edilib.

İqtisadiyyat.az xəbər verir ki, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən tərtib olunub.

Həmin maddə statistik məlumatların verilməsi qaydalarının pozulmasından bəhs edir. Maddədə deyilir ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Xatırladaq ki, “Dərnəgülsənayetikinti” ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 756 038 manatdır. Şirkətin qanuni təmsilçici Nağıyev Eytibar Heydər oğludur.