10 ədəd Danimarka "Leopard 1A5" tankının ilk partiyası Ukraynaya çatıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

"10 ədəd "Leopard 1" tankı artıq Ukrayna ərazisindədir, daha çoxu isə yoldadır. İndi onlardan ukraynalıların yeni başladıqları hücumda istifadə oluna bilər. Təlim Almaniyada keçirilir, burada danimarkalı təlimatçılar alman hərbçiləri ilə ekipajları hazırlayır və tankları Ukraynaya çatdırır", - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.