Çinin şərqində Tszyansu əyalətinin Çançjou şəhərində yerləşən zavodda toz-hava qarışığı partlayışa səbəb olub. Hadisə nəticəsində 8 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin mərkəzi televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə zavodun istehsalat sexində baş verib.

Hadisə yerində xilasetmə işləri başa çatıb. Hazırda partlayışın nəticələrinin aradan qaldırılması üzrə işlər görülür və araşdırma aparılır.