"Rusiya ilə çoxqütblü dünyanın və daha ədalətli dünya nizamının formalaşmasına töhfə verməyə hazırıq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

Rusiya ilə Çin arasında münasibətlərin yüksək dinamikasının iki ölkə liderlərinin sayəsində hər istiqamətdə qorunub saxlanıldığını və inkişaf etdirildiyini qeyd edən Vanq, iki ölkə arasında münasibətlərin “əbədi dostluq”, “hərtərəfli strateji koordinasiya” və “qarşılıqlı faydalı əməkdaşlıq” şəraitində inkişaf etdiyini vurğulayıb.

Vanq deyib: "Çin və Rusiya müstəqil xarici siyasət yürüdürlər. Bizim əməkdaşlığımız heç kimə yönəlməyib və digər ölkələri təsir altında almaq üçün deyil".