"İranda səfirliyimizi bağlanmasının konkret səbəbi var: bu səfirliyə terror hücumu ilə, insanların həyatına dair təhlükənin olması ilə bağlıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, bu terroru törədən şəxs ən sərt formada cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyi tam təmin edilməlidir. Bizə məhkəmə prosesinin başlaması ilə bağlı tarixlər verilib, bu nəticədən asılı olaraq növbəti qərarları verəcəyik və ancaq bundan sonra səfirliyin bərpası mümkün olacaq”,