Koreya Respublikasının xarici işlər naziri Ço Tae-yol telefon danışığı zamanı ABŞ dövlət katibi Antoni Blinkenə Pekinə səfərinin nəticələri barədə məlumat verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Nazir Ço Tae-yol ABŞ dövlət katibi ilə danışıb, Çinə səfərinin nəticələrini bölüşüb və Şimali Koreya problemi ətrafında son hadisələri, o cümlədən BMT-nin Şimala qarşı sanksiyaları üzrə ekspertlər qrupunun işinə xitam verilməsini müzakirə edib", - deyə Seul bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb dövlətlərinin Rusiya ilə KXDR arasında qeyri-qanuni hərbi-texniki əməkdaşlığa dair ittihamlarının əsassız olduğunu vurğulayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan əvvəl Vaşinqtonun Pxenyanın Moskvaya hərbi yardım göstərməsi ilə bağlı iddialarını şayiələr adlandırmışdı.