Cənubi Koreya Kiyevlə əməkdaşlığı davam etdirməyə və yardım göstərməyə hazırdır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Cənubi Koreya lideri Yun Seok Yeol Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı deyib.

“Bizim hökumətimiz beynəlxalq ictimaiyyətin Ukraynada sülhün bərpası və müharibədən sonrakı bərpası səylərində fəal iştirak edir və biz Ukrayna xalqının gələcəkdə ehtiyac duya biləcəyi dəstəyi və əməkdaşlığı davam etdirəcəyik”, - deyə prezident bildirib.

Zelenski Yun Seok Yeol-u 15-16 iyun tarixlərində İsveçrədə keçiriləcək sülh konfransına dəvət edib.