Bu gün KXDR və Cənubi Koreya Koreyanın yapon işğalından azad edilməsinin 78-ci ildönümünü qeyd edirlər.

İqtisadiyyat.az bu barədə dünya mediasına istinadən xəbər verir.

Cənubi Koreya prezidenti Yoon Sok-yeol bayram nitqində deyib ki, o, nüvəsizləşdirmə müqabilində KXDR-ə humanitar yardım göstərmək təşəbbüsü üzərində işləməyə davam edəcək.

Yeol bildirib ki, KXDR-dən gələn nüvə raket təhlükəsini aradan qaldırmaq üçün Şimali Koreya raketləri haqqında Cənubi Koreya, Yaponiya və ABŞ arasında real vaxt rejimində məlumat mübadiləsinə ehtiyac var.

“Biz dünyanı cəsarətli təşəbbüs üzərində çalışaraq, böyük güc əsasında quracağıq. Beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəyik ki, Şimali Koreya hakimiyyəti öz xalqının həyatını yaxşılaşdıra bilməsi üçün nüvə silahı və raketlərdən daha çox dialoq və əməkdaşlıq yolunu seçsin”, - deyəYoon Suk Yeol deyib