Cəlilabad rayonunda internet xəttinin çəkildiyi rabitə dirəyi qəzalı vəziyyətə düşüb, sakinlərin həyatı təhlükədədir.

İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhərin Xətai küçəsində qeydə alınıb.

Dirək qəzalı vəziyyətə düşdüyü üçün sakinlər "Aztelekom"un Cəlilabad Telekommunikasiya Qovşağına müraciət ediblər.

Lakin qurumdan problemin həlli istiqamətində heç bir addım atılmayıb. Hazırda qəzalı vəziyyətdə olan dirəyin aşma ehtimalı olduğu üçün küçədə piyada və avtomobillərin hərəkəti məhdudlaşdırılıb.