Cəlilabadda yanğın olub.

FHN-dən İqtisadiyyat.az-a verilən xəbərə görə, rayonun Günəşli kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.