Bu ilin aprel ayından başlayaraq Cəbrayıl şəhərinin inzibati ərazisində, 7,87 hektar ərazidə inşa edilən yaşayış kompleksi 6 məhəllədən - 33 binadan ibarət olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bu gün şəhərə təşkil olunmuş mediaturda bildirilib.

Məlumata görə, binalar 4-5 mərtəbəli, ümumilikdə 712 mənzilli olacaq. Mənzillərdən 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin 2-3 otaqdan ibarət studiya tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulub.

Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin məskunlaşdırılması nəzərdə tutulur.