Bu gün Bütün Ermənilərin İkinci Ali Patriarxı və Katolikosu Qaregin Eçmiədzində Qarabağdan olan 35-ə yaxın gənci qəbul edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NEWS.am məlumat yayıb.

Görüşdə bütün ermənilərin katolikosu gənclərə qondarma dövlətin üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə göstərdikləri səylərə və cəsarətli ruha görə minnətdarlığını bildirib.

Katolikos gəncləri "sarsılmaz iradə ilə" Qarabağ ermənilərin "azad, müstəqil və təhlükəsiz yaşamaq" hüququ uğrunda mübarizələrini davam etdirməyə çağırıb.

Bütün Ermənilərin Patriarxı əmin olduğunu bildirib ki, erməni xalqının övladları "Allahın köməkliyi və beynəlxalq ictimaiyyətin dəstəyi ilə" üzləşdikləri bütün sınaqlardan çıxa biləcəklər.