Kilo almağa və digər sağlamlıq problemlərinə səbəb ola biləcək ən zərərli tərəvəzlər müəyyən olunub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Harvard Universitetinin alimləri araşdırma ediblər.

Araşdırmaya görə, ən zərərliləri tərəvəzlər qarğıdalı, kartof, yaşıl noxud, kolrabi, cəfəri, badımcan və lobyadır.

Qarğıdalı

Bu tərəvəzin kalorisi çox yüksəkdir - 100 qramda 110 kkal. Müntəzəm olaraq qarğıdalı istehlak edən tədqiqat iştirakçıları ildə bir neçə kiloqram çəki qazanıb.

Kartof

Kartofun 100 qramında 80 kkal və çoxlu nişasta var. Bu, heç bir əlavəsiz qaynadılmış tərəvəzdədir. Qızardılmış və kartof qızartması haqqında danışmağa belə dəyməz.

Yaşıl noxud

Noxudun 100 qramında 73 kkal, həmçinin çoxlu şəkər var.

Kolrabi kələm

Kələm pəhriz tərəvəzi hesab edilsə də, kolrabi istisnadır. Məsələn, Pekin kələmində 100 qramda yalnız 16 kkal var, lakin kolrabi - 4 dəfə çoxdur.

Cəfəri

Cəfəri vitamin və minerallarla zəngindir, kalorisi isə aşağıdır (100 qrama 40 kkal).

Badımcan

Bu tərəvəzdə mədə pozğunluğuna səbəb ola biləcək solanin alkaloidi yığılır.

Lobya

Qurudulmuş və uzun müddət saxlanıldıqda, lobya çox da faydalı deyil.