Bu ilin birinci yarısında Moldovanın ümumi xarici borcu 6,8% artaraq 10,242 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Məlumata görə, ümumi xarici borcun ÜDM-ə nisbətdə səviyyəsi 1,1 faiz bəndi artaraq 67,2% təşkil edib. Bu dövrdə özəl sektorun xarici öhdəlikləri 5,3% artaraq 6,667 milyard dollara çatıb.

Qeyd edək ki, 2022-ci ilin iyununda Moldovanın xarici borcu 8,617 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova