Səudiyyə Ərəbistanının Mədən Şirkəti (Maaden) paytaxt Ər-Riyadın qərbində, "Mansura-Massara" qızıl mədəninin 100 kilometr cənubunda böyük qızıl yataqlarının tapıldığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət yazılı açıqlama yayıb.

Məlumata görə, bu, şirkətin 2022-ci ildə başladığı intensiv qazma proqramı çərçivəsində ilk kəşfdir. Bildirilib ki, mədəndə zəngin qızıl sərvəti var və yeraltı işlənmə yolu ilə mədənin ömrünü uzatmaq olar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı təxminən 1,3 trilyon dollar dəyərində emal olunmamış minerallara malikdir və xarici investorları cəlb etmək yollarını axtarır.

 

Gözəl Həşimova