Ağ Evin sabiq rəhbəri, prezidentliyə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putindən inciyib.

İqtisadiyyat.az “RIA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb Putinin ABŞ-də keçiriləcək seçkilərdə vitse-prezident Kamala Harrisi dəstəkləməsidir. 

Donald Tramp Viskonsin ştatında çıxışı zamanı bildirib ki, Putinin Harrisi dəstəkləməsi ona pis təsir edib: “Mən Putini yaxşı tanıyırdım. Putin Kamalanı dəstəklədi. Bu mənə pis təsir etdi”.