Böyük Britaniya hökuməti həbsxanalarda sıxlıq olduğu üçün bəzi cinayətkarları müvəqqəti olaraq azad etmək qərarına gəlib.

Bu barədə İqtisadiyyat.az “Reuters”a istinadən xəbər verir.

Bundan əlavə, cəzaçəkmə müəssisələrində sıxlığın yaranması ilə mübarizə məqsədilə həyata keçirilən fövqəladə tədbirlər çərçivəsində bəzi məhkəmə iclasları təxirə salınacaq

Britaniyanın Baş naziri Rişi Sunakın sözçüsü bildirib ki, vaxtından əvvəl azadlığa buraxılma yalnız həbs müddəti bitmək üzrə olan şəxslərə şamil ediləcək. Bundan əlavə, azadlığa çıxan şəxslər hələ də ciddi nəzarət altında olacaqlar.

 

Gözəl Həşimova