“Bu il iki dövlət əhəmiyyətli avtomobil yolunun inşasının başa çatdırılması nəzərdə tutulur”.

Bu barədə AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, 152 kilometrlik Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi davam etdirilir:

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi 2022-ci ildə yekunlaşdırılması planlaşdırılır”.