Gürcüstan bu ilin yanvar-may aylarında 398,9 min ton dizel və benzin idxal edib.

Bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə yanacağın həcmi 5,3 min ton və yaxud 1,3% azalıb.

Hesabat dövründə Gürcüstanın ən iri yanacaq tədarükçüsü 136,6 min tonla Rusiya olub. İdxalçı ölkələrin ilk üçlüyünə Rumıniya (73,4 min ton) və Azərbaycan (65,3 min ton) da daxil olub. Gürcüstanın yanacaq idxalının 16,4%-i Azərbaycanın payına düşüb. (report)