Ötən il kredit portfelimizi 300 mln. artıb. Bu il isə bu rəqəmi daha 400 mln. artırmağı düşnürük.

İqtisadiyyat.az xəbər verir ki, bunu Fitchin Bakıda keçirilən konfransında çıxış edən "Paşa Bank" ASC-nin nümayəndəsi Bəhruz Nağıyev deyib. O, qeyd edib ki, bununla da bankın kredit portfeli 1,8 mlrd.a çatacaq. "Ekspress bank" ASC-nin Baş İcraçı direktorunun müavini Orxan Vahabov isə istehlak kreditlərinin həcminin azaldığını bildirib: "Gələn həftə Milli Məclisdə istehsalk kreditləri ilə bağlı müzakirələrin olması gözlənilir. Düşünürəm ki, bu müzakirələr istehlak kreditlərinin həcminin azalmasına səbəb olacaq".