Latviyada nikahda şahid öhdəliyi ləğv edilir.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Latviyada nikah mərasimləri ilə bağlı yeni qərar qəbul olunub.

Latviya parlamenti bununla bağlı Mülki Məcəlləyə bəzi dəyişikliklər edib. Dəyişikliyə görə, şahidlərin iştirak etməməsi nikah üçün maneə olmayacaq.

Nikah üçün etibarlı və lazımi sənədləri müvafiq qurumlara təqdim edən cütlüklərdən müraciətlər qəbul ediləcək. 

Qanuna edilən dəyişikliklər 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. 

Gülşən Şərif